Yaxın Şərq
Hörmüzdə gərginlik: İran ordusu neft tankerinə hücum etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Hörmüz boğazında Barbados bayrağı altında üzən neft tankerinə qarşı əməliyyat keçirib.
Publika.az xəbər verir ki, bu barədə SEPAH-a yaxınlığı ilə tanınan “Fars” agentliyi məlumat yayıb.
Bildirilir ki, İran hərbçiləri neft daşıyan gəmini hərəkət istiqamətini dəyişməyə və Hörmüz boğazını tərk etməyə məcbur ediblər. Tanker strateji əhəmiyyətli boğazdan keçməyə cəhd edərkən, SEPAH bölmələri həyəcan siqnalı ilə hərəkətə keçərək gəmiyə “müqavimət” göstəriblər.
Nəticədə tankerin kapitanı istiqaməti dəyişərək geri çəkilmək məcburiyyətində qalıb və bölgəni tərk edib.
İddiaya görə, gəminin göyərtəsində təxminən 160 min ton neft olub. Yükün hara getdiyi barədə hələlik rəsmi məlumat verilmir.
Qeyd edək ki, dünya neft daşımalarının əsas arteriyası sayılan Hörmüz boğazındakı bu cür insidentlər qlobal enerji bazarlarında qiymətlərin kəskin dəyişməsinə və beynəlxalq gərginliyə səbəb olur.
Adəm
-
Hadisə18:00Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlandı - VİDEO
-
Hadisə17:41İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istədilər - VİDEO
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU



















.jpg)






.jpg)








