“Mossad” kəşfiyyat məlumatlarını Vaşinqtona təqdim edib: Müharibəyə dərhal başlayın
Bizi izləyin

Yaxın Şərq

“Mossad” kəşfiyyat məlumatlarını Vaşinqtona təqdim edib: Müharibəyə dərhal başlayın

“Mossad” kəşfiyyat məlumatlarını Vaşinqtona təqdim edib: Müharibəyə dərhal başlayın

İsrailin “Mossad” xarici kəşfiyyat agentliyinin rəhbəri Roman Qofman ötən həftə ABŞ-a səfəri zamanı Amerika rəsmilərini İrana qarşı hücumları bərpa etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İsrail xarici kəşfiyyatının rəhbəri ABŞ prezidenti Donald Trampın Tehrana qarşı hərəkət variantlarını ölçüb-biçdiyi bir vaxtda İrana qarşı hərbi əməliyyatların dərhal başlamasının zəruriliyini əsaslandırıb və israr edib.

Mənbələrin verdiyi məlumata görə, İsrail Baş naziri Binyamin Netanyahunun yaxın müttəfiqi olan “Mossad” rəhbəri ötən cümə günü Vaşinqtonda Tramp administrasiyasının rəsmiləri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşüb və onlara, digər məsələlərlə yanaşı, İranın nüvə proqramı ilə bağlı İsrail kəşfiyyat məlumatlarını təqdim edib. Mənbələr bildiriblər ki, görüşlər zamanı Hoffman İrana qarşı yeni çoxgünlük hava hücumu kampaniyasının tərəfdarı olub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm