Yaxın Şərq
NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
NATO Yaxın Şərqdən gələn təhdidlər fonunda Türkiyənin təhlükəsizliyini təmin edə bilməyib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidan Türkiyə parlamentinin büdcə komitəsində keçirilən müzakirələr zamanı bildirib ki, "Türkiyə NATO-nun vacib üzvüdür, lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin etməyib... İllərdir Suriya və İraqdan gələn təhdidlərlə üzləşirik".
Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, bu cür təhdidlər yenidən yarana bilər.
Nazir bildirib ki, Avropa təhlükəsizlik arxitekturası uzun illərdir NATO-nun mövcudluğuna əsaslanıb, lakin Türkiyənin durumu Avropadan kənar vəziyyətin nəzərə alınmasını tələb edir.
Fidan ittifaqların təhlükəsizlik vəzifələrindən danışarkən əsas məqsədi üzvləri arasında qarşılıqlı təcavüzkarlıq zəmanətlərinin gücləndirilməsi kimi müəyyən edib. Türkiyə xarici işlər naziri qeyd edib ki, ikinci məqsəd hücumlara birgə cavab verməkdir.
Xatırladaq ki, Türkiyə 1952-ci ildə NATO-ya qoşulub.
Müəllif: Tural
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?
-
Avropa08:36Ukrayna üçün kritik saatlar - 60-dək qanadlı raketlə zərbə endirilə bilər
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO






















.png)

.jpg)











.png)
