Yaxın Şərq
İran Hörmüzə nəzarəti tam ələ keçirir: Gəmilər üçün yeni qadağa XƏRİTƏSİ
Tehran tərəfindən təsis edilmiş Fars körfəzi Hörmüz Boğazı İdarəsi (PGSA) bu mühüm su arteriyasında məsuliyyət zonasını əks etdirən xəritəni dərc edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkə səhifəsində paylaşım edilib.
Məlumata görə, İran Hörmüz boğazının idarə edilməsi üçün özünün "tənzimləyici yurisdiksiyasını" müəyyən edib. Bu zona şərqdə İranın Kuh-Mobarak bölgəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyrə əmirliyinin cənub hissəsini, qərbdə isə İranın Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Qeyveyn əmirliyini birləşdirən xətlər arasında yerləşir.
Yeni qaydalara əsasən, boğazın bu hissəsindən keçmək niyyətində olan hər bir gəmi mütləq şəkildə PGSA ilə hərəkətlərini razılaşdırmalı və xüsusi icazə almalıdır.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Hörmüz boğazı ilə bağlı məsələlərin birbaşa idarə olunması üçün xüsusi orqanın yaradılması barədə qərarı ötən bazar ertəsi elan etmişdi.
Müəllif: Adəm
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov







.jpg)










.jpg)
.jpg)


















