Əl yüklərinin saxlanılması tarifləri qüvvəyə mindi
Bizi izləyin

Nəqliyyat

Əl yüklərinin saxlanılması tarifləri qüvvəyə mindi

Saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri ilə bağlı qərar qəbul edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri ilə bağlı qərar qəbul edib.

QSC-dən Publika.az-a verilən məlumata görə, qərarda Sərnişin daşımaları Departamentinin təkliflərinə əsasən, 17 fevral 2017-ci ildən etibarən saxlama kameralarında əl yüklərinin saxlanılması tarifləri aşağıdakı kimi müəyyən edilib:

(manatla)

Müddət

Bölmə

Qeyd

Kiçik həcmli

Orta həcmli

İri həcmli

4 saatadək

1,0

2,0

3,0

Əlavə hər saat üçün

0,20

0,30

0,50

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli Sərəncamına dəyişikliklər edilməsi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli Fərmanının müvafiq yarımbəndinə əsasən dəmir yolu daşımalarında tariflər, yığımlar Cəmiyyət tərəfindən müəyyən olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm