Nəqliyyat
Ağdaşda 34 kilometrlik avtomobil yolu çəkilir
“Azəravtoyol” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş 2017-ci il dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun yenidən qurulması işlərinə start verib.
Yenidənqurma işlərinin aparıldığı Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yol əsası hazır olandan sonra yola ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə 200 min kvadratmetrdən çox sahənin asfaltlanması nəzərdə tutulur.
Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni iki metr, hərəkət hissəsi isə altı metr olacaq. Bir gediş və bir gəliş olmaqla iki hərəkət zolağından ibarət olacaq yol dördüncü texniki dərəcəyə uyğun olaraq tikilir.
Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq.
Avtomobil yolunun əsaslı şəkildə bərpası dörd yaşayış məntəqəsinin sakinlərinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşınması asanlaşacaq.
Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq. (Azərtac)
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi