Rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyət qoyulacaq - İslamiada zamanı
Bizi izləyin

Nəqliyyat

Rayon avtomobillərinin Bakıya girişinə məhdudiyyət qoyulacaq - İslamiada zamanı

Şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı bir məhdudiyyət hələlik nəzərdə tutulmayıb.

"IV İslam Həmrəyliyi Oyunları zamanı regionlardakı nəqliyyat vasitələrinin müəyyən müddətlərdə Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunacaq".

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, zolaqlardan kənarda, xüsusilə də şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı bir məhdudiyyət hələlik nəzərdə tutulmayıb.

K. Əliyev qeyd edib ki, qadağan olunmuş zolağa daxil olmaya görə cərimələr qanunvericiliyə uyğun olaraq 40 manat miqdarında nəzərdə tutulub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm