Binəqədi şossesində təmir başladı - - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Binəqədi şossesində təmir başladı - - FOTOLAR

Yaxın günlərdə Binəqədi şossesində əsaslı şəkildə təmir işlərinə start veriləcək.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.

Binəqədi şossesində yenidənqurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şosseboyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. İntensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq məqsədi ilə yolboyu yeni 2.8 km uzunluğunda yağış kollektoru inşa edilib.

Hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədi ilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.

Bundan sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə təmirinə başlanılacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yolboyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq. Həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm