Nəqliyyat
Bu yollarda hərəkət məhdudlaşdırıldı
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəhəri istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlacaq.
Bakı şəhəri istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti əks istiqamətə yönəldilməklə təmin olunacaq.
Sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.
Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
Könül Cəfərli
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi