Nəqliyyat
Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində işləyən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək.
Dəyişikliyə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi ilə (Goradil (Fatmayı) bağları - “Azadlıq prospekti” metrostansiyası) 108 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin (“Azadlıq prospekti” metrostansiyasından Goradil qəsəbəsinə "Dəniz" marketə qədər) 76 faiz (29.68 km) üst-üstə düşməsidir.
Eyni səbəbdən 155 nömrəli marşrut xətti isə tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.
Yanvarın 21-dən etibarən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi