Nəqliyyat
Yol polisi sürücü və piyadalara MÜRACİƏT etdi
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarına müraciət edib.
Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov Publika.az-a bildirib ki, paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət, o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır:
"Nəhəng meqapolisə çevrilən, 674 min avtomobilin istifadə olunduğu, 655 yol ayrıcı, 70 piyada keçidinin, svetoforla tənzimlənən 319 yol, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsinin, 69 tunel və körpünün mövcud olduğu paytaxt Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır. Əsas Qanun tələb edir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni, hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyyatsızlıqdır".
V.Əsədov bildirib ki, əsasən ehtiyyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol qəza hadisəsi qeydə alınırsa, nəticədə 207 nəfər insan təlafatı baş verirsə, bu təkcə dövləti, yol polisini qayğılandırmır, eləcə də həmin şəxsin üzvü olduğu ailənin faciəsinə səbəb olur, cəmiyyəti narahat edir. Başqa sözlə deyək ki, əgər hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alırsa, həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır.
Təqsirli olaraq, ehtiyyatsızlıqdan törədilən ölümlə nəticələnən nəqliyyat hadisələri üzrə 2013-cü ildən dövlət tərəfindən həyata keçirilən sistemli və qabaqlayıcı profilaktik tədbirlər göstərir ki, hərəkət iştirakçılarının təhlükəsizliyinin mühafizəsi səmərəli olub. Xüsusilə, ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayında azalma müşahidə olunur.
Müqayisəli rəqəmlər – 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsində 342 nəfər insan tələfatı olub, 1000 nəfər yaralanıb. Yəni, beş il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları azalıb. Beş il əvvəl Bakıda 520 min qeydiyyatda olan avtomobilin hərəkət etdiyi yolların uzunluğu 2100 km, 640 yol ayrıcı, 60 yeraltı və yürüstü piyada keçidi, svetoforla tənzimlənən 282, 62 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 67 tunel və körpü ilə əhatə olunurdu.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi