Vaqif Əsədov paytaxt küçələrindəki tıxacın səbəbini AÇIQLADI
Bizi izləyin

Nəqliyyat

Vaqif Əsədov paytaxt küçələrindəki tıxacın səbəbini AÇIQLADI

Bu gün səhər saatlarında Bakı şəhəri ərazisindəki bəzi mərkəzi küçə və prospektlərdə sıxlıq müşahidə olub. Vətəndaşlar işə gecikdikləri üçün vəziyyətdən narahat olduqlarını bildiriblər.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Publika.az-a bildirib ki, bu gün səhər saatlarında paytaxtın bir sıra prospektlərində müşahidə edilən sıxlığın səbəbi yollarda aparılan təmir-tikinti işləri ilə əlaqədardır:

“Təkcə bu gün deyil, son günlərdə paytaxtın mərkəzi küçələrində səhər saatlarında tıxaclar müşahidə edilir. Bunun əsas səbəblərindən biri bayram günlərindən sonra bütün sahələr üzrə işlərin başlaması, ölkəyə xaricdən gələn qonaqlar və s. Eyni zamanda bilirsiz ki, Bakıda çoxsaylı yeni yaşayış binalarının, sosial evlərin tikintisi sürətlənib, mərkəzi yollarda asfalt örtüyünün dəyişdirilməsinə başlanılıb. Təbii olaraq, bütün bunlar yollarda müəyyən tıxaclara səbəb olur. Hazırda Bakı şəhəri ərazisindəki küçə və prospektlərdə əsaslı təmir və yenidənqurma işləri aparılır. Babək prospektində,10-cu zavod dairəsində aparılan təmir işləri və kammunikasiya xətlərinin dəyişdirilməsi ilə bağlı bir müddətdir ki, həmin yol birtərəfli istifadə olunur. Məqsəd Babək prospektinin Ağ Şəhərlə birləşdirilməsidir. Bu gün səhər saatlarında Babək prospekti istiqamətində nəqliyyatın hərəkətində 40 dəqiqəyə qədər sıxlıq müşahidə edilib. "Koroğlu" metrostansiyasından Hava Limanı istiqamətində yol qovşağının tikintisi davam edir. Təbii ki, bu öz növbəsində hər iki istiqamətdə nəqliyyatın hərəkətinə təsir göstərir. Bundan başqa, Nərimanov rayonu ərazisindəki küçə və prospektlərdə yollara asfalt örtüyünün çəkilməsi, yolların genişləndiriməsi, eləcə də yeni tikililərin başlaması yollarda 30-40 dəqiqə sıxlığa səbəb olub. Eyni zamanda Səməd Vurğun, Üzeyir Hacıbəyli və Xəqani küçələrində yolların asfalt örtüyü yenilənir və təmir işləri aparılır. Bu səbəbdən də yalnız səhər saatlarında sözügedən küçə və prospektlərdə, eyni zamanda bu küçələrə birləşən yollarda nəqliyyatın hərəkəti müəyyən qədər çətinləşir və tıxac əmələ gəlir. Onu da nəzərə almaq lazımdır ki, ölkəyə gələn xarici qonalqarın hava limanından qarşılanması, şəhər istiqamətində təhülkəsizliyin təmin edilərək onların müvafiq yerlərdə yerləşdirilmələri və xüsusi tədbirlərdə iştirakının təmin edilməsi sıxlıq yarada bilər. Sürücülərin narahatlığını başa düşürük. Amma xahiş edirəm ki, biz öz vətənpərvərliyimizi unutmayaq. Müvəqqəti çətinliklər yaşanır, lakin gərək bir-birimizi başa düşək. Hər birimiz çalışırıq ki, şəhərimiz günü-gündən gözəlləşsin. Bundan başqa, günün digər saatlarında paytaxt ərazisində tıxac müşahidə edilmir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm