Bakının bu hissəsində yollar bağlandı
Bizi izləyin

Nəqliyyat

Bakının bu hissəsində yollar bağlandı

Hazırda Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində hərəkət məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev qeyd edib. O, buna səbəb kimi həmin ərazidə təmir işlərinin aparıldığını göstərib.

BNA müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyərək, həmin istiqamətdə hərəkət edənlərdən bu amili nəzərə almağı xahş edib.

Qeyd edək ki, dünən BNA təmir işləri aparıldığı üçün bu ərazidə hərəkətin məhdudlaşdırılacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm