Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalandırılacaq - RƏSMİ - - VİDEO
Bizi izləyin

Nəqliyyat

Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalandırılacaq - RƏSMİ - - VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edir. Hazırda 30, 32, 38, 67, 83, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

Publika.az xəbər verir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində yaranan problemlə əlaqədar Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobuslarının əhaliyə ödənişsiz xidmət etməsinə tapşırıq verib: "BNA-nın tələblərinə əməl etməyən sürücülər cəzalanacaq. Belə bir hadisədə sürücülər qurumun əmrlərinə tabe olamlıdırlar. Əhalinin narazılığına səbəb olan davranışlara yol verən sürücülər, işinə məsuliyyətsiz yanaşanlar və sərnişinlərdən ödəniş tələb edən abtobus sürücüləri haqqında ciddi tədbirlər görüləcək".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm