Bakıda yolun çökməsi iki qurumu qarşı-qarşıya QOYDU: SƏRT REAKSİYA - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Nəqliyyat

Bakıda yolun çökməsi iki qurumu qarşı-qarşıya QOYDU: SƏRT REAKSİYA - FOTO (YENİLƏNDİ)

"Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04" olan metro stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb".

Bu sözləri Publika.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hadisə ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər:

"Operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə "Bakı Metropoliteni" QSC-nin nümayəndələri sözügedən ərazi istiqamətində tikinti meyadançasına və tunellərə də təkrar baxış keçiriblər. Hadisənin metro tikintisi ilə əlaqədar olduğuna dair səsləndirilən ehtimallara cavab olaraq qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı "B-04" olan metro stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan "B-04" stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz.
Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb".

Qurum rəsmisinin sözlərinə görə, bütün bunları nəzərə alaraq, çökmənin metro inşaatı ilə heç bir əlaqəsi olmadığını bildiririk.

Qeyd edək ki, çökmə yerində müvafiq səlahiyyətli strukturlar araşdırma aparır və "Bakı Metropoiteni"QSC-nin nümayəndələri bu prosesdə iştirak edirlər.

***

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində vaş vermiş çökmənin səbəbləri ilə əlaqədar Bakı Metropolitenindən verilən açıqlamaya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabı gecikmədi.

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsindəki yolun 7-8 il bundan öncə Bakı Metropoliteni tərəfindən aparılan işlərlə bağlı salındığını bildirib: “Nəzərinizə çatdırım ki, sözügedən yol metro tikintisi səbəbindən alternativ yol olaraq salınmışdı. Hazırda hadisənin səbəblərinin araşdrılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri aparır. Qazıntı işləri yekunlaşdıqdan sonra çökməyə səbəb olan amillər mediaya açıqlanacaq. Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq”.

***

"Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş verən çökmənin meto tikintisilə heç bir əlaqəsi yoxdur".

Bu sözləri Publika.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu əsassız iddiadır: "Əməkdaşlarımız hadisənin baş verdiyi ərazidə olublar. Çökmənin yaxınlıqda gedən metro tikintisi ilə heç bir əlaqəsi yoxdur. Hadisə yerində zəruri tədbirlər görülür. Ümid edirəm ki, hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyi müəyyənləşdiriləcək".

***

Paytaxtın Nəsimi rayonunda yol təxminən 8 metr dərinliyində çöküb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsində, yeni tikilən metrostansiyasının yaxınlığında baş verib.

Belə ki, hadisə bu saatlarda baş verib. Yol çökməmişdən əvvəl həmin yoldan iki avtomobil keçib və bu vaxt çökmə hadisəsi baş verib. Hər iki avtomobilə ciddi zərər dəyib.

Hadisə şahidləri yolda hər hansı bir qəzanın baş verməməsi üçün avtomobillərin giriş-çıxışına qadağa qoyan nişanları yola düzüb. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, əraziyə müvafiq qurumlar dəvət olunub.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, bu gün günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm