İki marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirildi
Bizi izləyin

Nəqliyyat

İki marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirildi

Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində yolun bir hissəsinin çökməsi ilə əlaqədar olaraq iki marşrutun istiqaməti dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar olaraq 52 və 33 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm