Nəqliyyat
Metronun bu stansiyası TƏMİRƏ BAĞLANIR
“Avqust ayının 8-dən sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Belə ki, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər”.
Bu barədə Publika.az-a “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, "Bakmil" stansiyasının əsas
sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən
müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də onların
marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş
vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o
deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri
8:20-yə qədər və 17:00-dan sonra həm "Bakmil", həm də əks
istiqamətdə daşıyacaq.
Məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinlərin alternativ
nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Qeyd edək
ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən,
"Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının
məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları
arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək.
Avqustun 8-də "Bakmil" stansiyasında planlı surətdə aparılan
yenidənqurma tədbirlərinin növbəti mərhələsi başlanır. 1979-cu ildə
istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası
olan “Bakmil”də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri
aparılmayıb. Uzunmüddətli istismar dövründə köhnələrək müasir
tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər
infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri
tələbi idi.
2017-ci ilin yayından aparılan yenidənqurmanın əvvəlki
mərhələlərində görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində
sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər
qoyulmayıb. Lakin təmirin qarşıdakı müddəti ərzində burada çalışan
işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişin
qatarlarının hərəkətinin günün müəyyən saatlarında
məhdudlaşdırılması zərurəti yaranıb. Eyni zamanda, görüləcək
işlərin mahiyyəti nəzərə alınaraq, bu, təmir prosesinin
sürətləndirilməsinə də təsir edəcək. Qeyd edilənləri nəzərə
alaraq"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi məhdudiyyəti
stansiyadan istifadə edənlərin monitorinqini apararaq tətbiq
edib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?