Parlamentdə tıxac məsələsi qaldırıldı - “Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”
Bizi izləyin

Nəqliyyat

Parlamentdə tıxac məsələsi qaldırıldı - “Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”

Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa qaldırıb.

Millət vəkili deyib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: “Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm