Hər il 1 milyon 250 min insan bu səbəbdən ölür - DƏHŞƏTLİ STATİSTİKA
Bizi izləyin

Nəqliyyat

Hər il 1 milyon 250 min insan bu səbəbdən ölür - DƏHŞƏTLİ STATİSTİKA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada təqribən 1 milyon 250 min insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir.

Publika.az xəbər verir ki, 15–29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Yol-nəqliyyat hadisələri dünya iqtisadiyyatına ildə orta hesabla 500 milyard ABŞ dolları məbləğində zərər vurur.

Məlumata görə, 2013–2017-ci illər ərzində Azərbaycanda 11600 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrin nəticəsində ölənlərin sayı 4691 nəfər, sağlamlığına ağır və ya az ağır zərər dəymiş şəxslərin sayı isə 11611 nəfər olub, o cümlədən yetkinlik yaşına çatmayan 399 nəfər həyatını itirib, 1219 nəfərin isə sağlamlığına ağır və ya az ağır zərər vurulub.

Son beş ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 40,0 faizini piyadaların iştirakı ilə baş verən hadisələr təşkil edib. Ümumilikdə 2013–2017-ci illərdə yolnəqliyyat hadisələri nəticəsində ölən və sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin sayı 16302 nəfər olub. 2013–2017-ci illər ərzində Azərbaycan Respublikasında yol-nəqliyyat hadisələrində ölənlərin 68,6 faizini, sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin isə 68,7 faizini əhalinin 25–64 yaş arasında olan hissəsi təşkil edir ki, bu da bilavasitə aktiv əmək yaşında olan insanlar deməkdir. Sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin 16,4 faizini, ölənlərin isə 12,3 faizini 18–24 yaş arasında olan şəxslər təşkil edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm