Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yarandı - YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yarandı - YENİLƏNDİ

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə "Report"a qatarın sərnişinləri bildiriblər.

Onların sözlərinə görə, Sumqayıta doğru hərəkət edən qatar saat 19:48-də Güzdək istiqamətində 1 saat 15 dəqiqə dayanıb. "Maşinist hər 10 dəqiqədən bir bildirirdi ki, qatarın dayanmasına səbəb hava şəraitidir", - deyə onlar qeyd ediblər.

Sərnişinlərin sözlərinə görə, yaranmış problem həll edilmədiyindən Bakı-Sumqayıt qatarının hərəkəti mümkün olmayıb və qatar teplovoz vasitəsilə təyinat nöqtəsinə aparılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a bildirilib ki, qatarın hərəkətində dayanma olmayıb, sadəcə, hava şəraiti ilə əlaqədar sürət həddi endirilib.

***

Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib.

Bunu Publika.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, bu, hava şəraiti ilə əlaqədardır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm