Sumqayıt-Bakı qatarında NASAZLIQ
Bizi izləyin

Nəqliyyat

Sumqayıt-Bakı qatarında NASAZLIQ

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Publika.az-a verilən məlumata görə, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.

Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Hazırda nasazlığın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm