Nəqliyyat
Qatar qapısı açıq şəkildə niyə hərəkət edib? - "Bakı Metropoliteni"ndən AÇIQLAMA
Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a faktı təsdiqləyib.
O bildirib ki, sosial mediada görüntüləri yayılan fakt "İçəri Şəhər" stansiyasından "Həzi Aslanov" istiqamətində gedən qatarda "28 May"- "Gənclik" stansiyalarının arasında qeydə alınıb.
"Dispetçerlə kamera görüntülərinə baxdıq. Yalnız vaqonlardan birinin qapısında belə hal müşahidə olunub. Bu da texniki nasazlıq səbəbindən baş verib. İlkin ehtimala görə, sərnişin sıxlığı səbəbindən nəzarətçi və maşinist qapının açıq qalmasını görməyib. Məsələ araşdırılacaq və "Bakı Metropoliteni"nin təlimatlarına uyğun qərar qəbul ediləcək", - deyə B.Məmmədov qeyd edib.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq