“BakuBus” avtobuslarında məsafənin gözlənilməsi qaydaları tətbiq edildi
Bizi izləyin

Nəqliyyat

“BakuBus” avtobuslarında məsafənin gözlənilməsi qaydaları tətbiq edildi

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edilir:

"Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm