Bakıda bu marşrut xətlərinin iş qrafiki dəyişdirildi
Bizi izləyin

Nəqliyyat

Bakıda bu marşrut xətlərinin iş qrafiki dəyişdirildi

Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.

Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm