Azərbaycanda xüsusi əhəmiyyətə malik yol yenidən qurulur
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda xüsusi əhəmiyyətə malik yol yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisinö başlanılıb.

Publika.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, öən əsrin 70-ci illərinin normativləri əsasında tikilən, qara və çınqıl örtüklü olan Şəhriyar–Kələxana avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmadığından yolun torpaq yatağı deformasiyaya uğrayıb, yol geyimində çökmələr əmələ gəlib, istismar üçün yararsız vəziyyətə düşüb və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yaranıb.

Hazırda 3 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq əsaslı şəkildə yenidən qurulur və 2 hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Ümumi uzunluğu 8 km olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək.

Qeyd edək ki, Kələxana kəndi ərazisində yerləşən XVII əsrə məxsus “Kələxana türbələri” dünyanın ən unikal tarixi komplekslərindən sayılır. Ölkə təsərrüfatında əhəmiyyətli yerlərdən birini tutan üzümçülük sahəsinin inkişaf etdiyi ərazilərdən sayılan Şəhriyar qəsəbəsi isə dünya şöhrətli üzüm sortlarının yarandığı və becərildiyi yer kimi məşhurdur.

Bu baxımdan Şəhriyar–Kələxana avtomobil yolunun yenidən inşası təkcə vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm