Köhnə avtomobillərin idxalına üstünlük verilir - Komitə sədri
Bizi izləyin

Nəqliyyat

Köhnə avtomobillərin idxalına üstünlük verilir - Komitə sədri

Bu gün Azərbaycana idxal olunan nəqliyyat vasitələri ilə bağlı deyə bilərəm ki, nə qədər rüsumları artırsaq da, alıcılıq qabiliyyətində köhnə nəqliyyat vasitələrinin idxalına üstünlük verilir.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, gətirilən nəqliyyat vasitələrinin idxalı zamanı yeni nəqliyyat vasitələrinin insanların sağlamlığı ilə bağlı olması müzakirə olunur: "Avtomobil parkımızın son 10 ildə yenilənməsi üçün prosesi nəzərə alırıq. Bütün ölkələrdə qaçaqmalçılıqla bağlı rəqəmlər 22% təşkil edir. Son dövrlərdə pandemiya ilə əlaqədar olaraq fiziki şəxslərin gediş-gəlişi məhdudlaşdırıldığı üçün 2020-ci ildə hesablamalarımıza görə, 1,5-2% həcmində qaçaqmalçılıq yolu ilə siqaretin ölkəyə gətirilməsi şansı var. Bu il həm yerli istehsal, həm də idxal tərkibli siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə nəzarət üçün işlər aparılır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm