İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi - FOTO
Bizi izləyin

Nəqliyyat

İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər aşkarlanıb. Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 40-a yaxın sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm