Yeni qanun qüvvəyə mindi: Sərxoş sürücülərin avtomobilləri müsadirə olunacaq
Bizi izləyin

Nəqliyyat

Yeni qanun qüvvəyə mindi: Sərxoş sürücülərin avtomobilləri müsadirə olunacaq

Polşada bu gündən etibarən qüvvəyə minən qanunla sükan arxasında olan zaman orqanizmində 1,5 promil spirt aşkarlanan bütün sürücülərin avtomobilləri müsadirə ediləcək.

Publika.az xəbər verir ki, sərxoş sürücünün tutulduğu nəqliyyat vasitəsi ona məxsus deyilsə, sürücü nəqliyyat vasitəsinin dəyəri qədər cərimə olunacaq. Sərxoş halda idarə edilən nəqliyyat vasitəsi qəza nəticəsində yararsız hala düşərsə, həmin nəqliyyat vasitəsini müsadirə etmək əvəzinə, sürücü avtomobilin cari dəyərinə görə cərimələnəcək.

Polşada mövcud qanunlara görə, sərxoş olduğu təsbit edilən sürücülərin sürücülük vəsiqələri əlindən alınır və cərimə tətbiq edilir. Statistikaya görə, Polşada hər gün 255 nəfər sərxoş vəziyyətdə avtomobil idarə edir. Ötən il polis ölkə üzrə yoxlamalar zamanı 90 mindən çox sərxoş sürücünü, ilin əvvəlindən isə 13 minə yaxın sərxoş sürücünü saxlayıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm