“Mercedes” 260 mindən çox avtomobilini geri çağırır
Bizi izləyin

Nəqliyyat

“Mercedes” 260 mindən çox avtomobilini geri çağırır

Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz” dünya üzrə 260 min avtomobilini geri çağırır.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb.

Bildirilib ki, səbəb proqram təminatının düzgün işləməməsidir. Bu, mühərrikin qəfil dayanmasına və nəticədə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.

Geri çağırma 2018-2023-cü illər arasında istehsal xəttini tərk etmiş GLE və GLS modellərinə aiddir.

Xatırladaq ki, brend ötən həftə də potensial yanğın təhlükəsi səbəbindən 341 000 avtomobili geri çağırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm