Nəqliyyat
Paytaxtın məşhur küçəsindəki işıqfor tıxaca səbəb olur - İDDİA/VİDEO
Bakıda təmirlə əlaqədar kəsişmədəki bəzi yollarda hərəkət məhdudlaşdırılsa da, işıqforun rejimi dəyişdirilməyib.
Publika.az xəbər verir ki, söhbət Yusif Səfərov küçəsindəki, Mərkəzi Neftçilər Xəstəxanasının yanındakı işıqfordan gedir.
Bir müddət əvvəl Cavanşir körpüsünün təmirə bağlanması səbəbilə sözügedən bu yolda sadəcə bir istiqamət üzrə hərəkət olsa da, işıqfor əvvəlki rejimdə çalışır.
Sürücülər iddia edirlər ki, buradakı işıqfor körpünün təmirə bağlanmasından sonra ərazidə tıxaca səbəb olur.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Yusif Səfərov küçəsinin 28 May və Mehdi Mehdizadə küçələri ilə kəsişməsində olan işıqforlar hazırda işlək vəziyyətdədir. Onların qeyri-işlək vəziyyətə gətirilməsi, 28 May küçəsi istiqamətində daim yaşıl işığın yanması Mehdi Mehdizadə küçəsindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən sürücülər üçün xaotik vəziyyət və qəza şəraiti yaradar. Çünki həmin işıqforlar bir-biri ilə əlaqəli şəkildə çalışır və yalnız birinin işləməsi texniki cəhətdən mümkün deyil.
Ətraflı süjetdə:
-
İdman04:44
"Uşağı itirmək, sonra onun oyuncaqlarına baxmaq ağrıdır" - Faciəni xatırladı
-
Magazin103:43
Oğlunun sürprizi Elçini kövrəltdi - VİDEO
-
İKT00:45
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü “Google"da - FOTO
-
Hadisə00:30
Xəzərdəki ardıcıl zəlzələlər təhlükənin xəbərçisidir? - Qurban Yetirmişli açıqladı / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onlar sizə zərər verə və nüfuzunuzu korlaya bilərlər
-
Nida Təhlil 17 Oktyabr 23:12
Sabiq nazir sülh müqaviləsindən DANIŞDI: "COP29 zamanı..."
-
Magazin217 Oktyabr 22:48
Məşhur aktyor evində ÖLÜ TAPILDI - FOTO
-
Magazin217 Oktyabr 22:12
Serial ulduzu xanımından BOŞANDI: Qaraşın qız onu qucaqlayıb öpüb... - FOTO