Nəqliyyat
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə ilk reysini yerinə yetirib.
Publika.az xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Aprelin 18-də saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb. Geri dönüş isə yerli vaxtla saat 01:30-da baş tutur və saat 04:20-də təyyarə Azərbaycan paytaxtına enir.
Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.
Hazırda AZAL Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora da uçuşlar həyata keçirir.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.

-
Dünya15:18
Makron Rusiyada təşviş yaratdı: Fransa 100 il əvvəlki ssenarini təkrarlayır?
-
Sosial15:12
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Sosial13:43
Bayram namazının qılınacağı tarix açıqlandı
-
Rəsmi xronika12:48
Xanlar Vəliyev təltif edildi
-
Sosial12:20
Aşağı Güzdək qəsəbəsinin “marşrut işgəncəsi”: Sakinlər hər gün pik saatlarda... - VİDEO
-
Rəsmi xronika11:26
Əli Əsədov yeni qərar imzaladı
-
Sosial10:30
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb? - Səbəbi açıqlandı
-
MDB10:12
Simonyan onları hədələdi: Sizin üçün Rusiya çöllərində tabut yeri var