“Ən ölümcül” tankın istehsalı başladı
Bizi izləyin

Nəqliyyat

“Ən ölümcül” tankın istehsalı başladı

Britaniya, Londonun “ən ölümcül” adlandırdığı modernləşdirilmiş “Challenger 3” tankının istehsalına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında bildirilir.

Rheinmetall zavodu döyüş maşınının səkkiz prototipini istehsal etdi.

“Daha təhlükəli bir dünyada, Böyük Britaniyanın üzləşdiyi təhlükələr artdıqca, "Challenger 3" kimi maşınlara ehtiyac daha da artır. Bu tank Britaniya ordusunun döyüş qabiliyyətinin əsası və Böyük Britaniyanın çəkindirici qüvvələrinin tərkib hissəsi olacaq”, - deyə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirib.

Qeyd olunur ki, tank təkmil zirehlərə və dağıdıcı atəş gücünə malikdir və bu, onu "Britaniya ordusunun indiyə qədər istifadə etdiyi ən ölümcül və ən sağ qala bilən tank" edir.

Xatırladaq ki, bundan əvvəl hərbi müşahidəçi Devid Eks Böyük Britaniyanın Ukraynaya əlavə zireh dəstləri olmadan özünün “Challenger 2” tankları ilə təchiz edilməsi barədə fikir bildirib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm