Sürət qatarının hərəkəti bərpa edildi - YENİLƏNDİ
Bizi izləyin

Nəqliyyat

Sürət qatarının hərəkəti bərpa edildi - YENİLƏNDİ

Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

Publika.az xəbər verir ki, qatar aşağı sürətlə Bakı istiqamətində hərəkət edir.

Bələdçilər texniki problemin aradan qaldırıldığını elan ediblər.

xxx

08:35

Bakı-Sumqayıt-Bakı sürət qatarı texniki nasazlıq səbəbindən yolda dayanıb.

Publika.az xəbər verir ki, nasazlıq qrafik üzrə Xırdalan dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Hazırda qatarın nə zaman hərəkət edəcəyi bilinmir. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm