Piyadaları daha çox hansı avtomobillər öldürür? - Elektromobillər, yoxsa...
Bizi izləyin

Nəqliyyat

Piyadaları daha çox hansı avtomobillər öldürür? - Elektromobillər, yoxsa...

Elektrik avtomobilləri benzin və ya dizellə işləyən avtomobillərdən iki dəfə çox piyadaları vurur.

Publika.az xəbər verir ki, bu barədə BMJ jurnalında dərc edilən araşdırmada deyilir.

Mütəxəssislərin fikrincə, elektrik və ya hibrid avtomobillərin eyni məsafədə olan benzin və ya dizellə işləyən avtomobillərlə müqayisədə ətrafdakı şəxsi vurma ehtimalı iki dəfə çoxdur.

Tədqiqatda yol təhlükəsizliyi məlumatlarından istifadə etməklə 2013-2017-ci illər arasında Böyük Britaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı təhlil edilib və müxtəlif növ nəqliyyat vasitələrinin vurması nəticəsində xəsarət alan piyadaların sayı hesablanıb.

Mütəxəssislər müəyyən ediblər ki, hər 100 milyon mil məsafə üçün elektrik və ya hibrid avtomobilləri orta hesabla 5,16, benzin və dizellə işləyən avtomobillər isə 2,4 nəfəri vurublar.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm