Nəqliyyat
DYP-dən yeni tədris ili ilə bağlı müraciət
Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.
"Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar.
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik", - məlumatda qeyd edilir.
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR