Nəqliyyat
Kim Çen In əvvəllər Putinin qaldığı iqamətgahda iki dəfə ONUNLA GÖRÜŞDÜ
KXDR Dövlət Şurasının sədri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə iki dəfə görüşüb.
Publika.az KCNA xəbər agentliyinə istinadla xəbər verir ki, bu görüşlər Rusiya Prezidenti Vladimir Putinin əvvəllər Pxenyana səfəri zamanı qaldığı Kumsusan Dövlət İqamətgahında baş tutub.
İlk görüşdə Şoyqunun Rusiya Prezidentinin Kim Çen Ina “isti salamlarını” çatdırdığı bildirilir. Buna cavab olaraq Şimali Koreya lideri Vladimir Putinə “səmimi salamlar” çatdırmaq arzusunu ifadə edib və bir ildən sonra Sergey Şoyqu ilə görüşməkdən şad olduğunu qeyd edib.
Dünən keçirilən ikinci görüşdə Şoyqu və Kim Çen In regional və beynəlxalq vəziyyətə aid geniş spektrli məsələləri, o cümlədən iki ölkə arasında strateji dialoqun dərinləşdirilməsi yolu ilə təhlükəsizlik sahəsində qarşılıqlı maraqların qorunması üçün əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Hər iki tərəf müzakirə olunan mövzular üzrə “ümumi qaneedici rəyə” gəlib.
Xatırladaq ki, iyun ayında Putin rəsmi səfərlə Pxenyana gəlib. Rusiya rəhbəri Kim Çen Inla danışıqlar aparıb, bunun nəticəsində tərəflər hərtərəfli tərəfdaşlıq sazişi imzalayıblar.
Hüseyn İbadlı
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?