Nəqliyyat
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ
Bakı Metropoliteninin "Ulduz" stansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hadisədən sonra dərhal təcili yardım briqadası işə cəlb olunub.
Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
***
Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.
Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.
Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi