Bir gündə beş təyyarə qəza siqnalı verdi
Bizi izləyin

Nəqliyyat

Bir gündə beş təyyarə qəza siqnalı verdi

Bir gündə beş təyyarə qəza siqnalı verdi

Günün əvvəlindən bəri uçuş zamanı beş təyyarə qəza siqnalı verib.

Publika.az xəbər verir ki, bu barədə uçuş məlumatlarına istinadla “RİA Novosti” məlumat yayıb.

Uçuş məlumatlarına əsasən, Şimal dənizi üzərindən Şotlandiya sahillərinə yaxınlaşarkən Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing Poseidon MRA1” kəşfiyyat təyyarəsi, Tuluzadan Kana uçan “Volotea” aviaşirkətinin hava gəmisi, habelə Bideyl şəhəri ilə Maynskip kəndi arasında uçuş həyata keçirən “Grob G115E” yüngülmühərrikli təyyarəsi qəza siqnalı göndərib.

Bunlardan başqa, “Bombardier Challenger 604” biznes-ceti də qəza siqnalı verib. O, Nigeriyanın Abuca şəhərindən reys yerinə yetirirmiş, lakin geriyə - uçuş hava limanına qayıdıb. Uçuş məlumatlarından görünür ki, “United Airlines” aviaşirkətinin təyyarəsi də Nyu-Yorka gedərkən göyərtədə yaranmış nöqsanlı vəziyyətdən sonra Londona qayıdıb.

Oktyabrın 13-də Avropa ərazisində reys həyata keçirən dərhal dörd təyyarə həyəcan siqnalı verib. Belə ki, Nürnberqə gedən aviareys idarəetmənin ələ keçirilməsi barədə kod göndərib. Onu müşayiət etmək üçün qırıcılar cəlb olunub. Hava gəmisi salamat eniş edib. Sonradan aviaşirkətdən bildirilib ki, baş verənlər radioavadanlığın nazazlığı ilə bağlı olub. Həmin gün Zürixə, Portuqaliyaya və Dublinə istiqamətlənən təyyarələr də fövqəladə vəziyyət siqnalları veriblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm