Region
İstanbul sakinləri təşvişdə: Küçələrdə aslan dolaşır
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda dişi aslanın görüntülənməsi ərazidə təşvişə səbəb olub. Heyvanın tutulması üçün genişmiqyaslı axtarış tədbirləri aparılır.
Publika.az xəbər verir ki, noyabrın 22-də axşam saatlarında Uskumruköy məhəlləsində gəzən aslan Kent Güvenlik Yönetim Sistemi (KGYS) kameralarına düşüb.
Məlumat daxil olduqdan sonra İstanbul İl Jandarma Komandanlığı, Sarıyer Təbiəti Mühafizə və Milli Parklar Şöbəsinin əməkdaşları, eləcə də bələdiyyə işçiləri axtarışlara başlayıblar.
Axtarışların genişləndirilməsi məqsədilə əraziyə termal kameralarla təchiz olunmuş qruplar göndərilib. Ətrafda yaşayan sakinlərə xəbərdarlıqlar edilib.
Aparılan tədbirlər nəticəsində aslanın hazırda meşəlik ərazidə olduğu müəyyənləşdirilib. Mütəxəssis baytarların da iştirak etdiyi qrup heyvanın tutulması istiqamətində əməliyyatı davam etdirir.
Uskumruköy məhəlləsinin muxtarı Şeyda Üstün aslanın bir evdə qanunsuz saxlanıldığını iddia edib. Bununla belə, heyvanın kimə məxsus olduğu və əraziyə necə gəldiyi hələlik dəqiq məlum deyil.
Muxtarın sözlərinə görə, aslanın olduğu ərazi yola təxminən 20–25 metr məsafədədir. Onun sakitləşdirici iynə vasitəsilə tutulması planlaşdırılır.
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO












.jpg)




















