Nida.az
Şanxay Əməkdaşlıq Təşkilatı Bakı üçün niyə əhəmiyyətlidir?
“Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından daha üstündür”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.
Politoloq ŞƏT-də təmsil olunan dövlətlərin hər birinin öz
maraqlarını olduğunu deyib: “Rusiya üçün Krım və Donetskə
müdaxilədən sonra ABŞ və Avropa Birliyi ilə pisləşən münasibəti
fonunda ŞƏT və BRİKS-lə (Braziliya, Rusiya, Hindistan, Çin və CAR –
red) əlaqələrin genişlənməsi vacibdir. Çin üçün ŞƏT Mərkəzi Asiyaya
doğru yumşaq irəliləmənin vasitəsidir. Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Tacikistan üçün ŞƏT-ə daxil olmaq Moskvanın
özbaşınalığına qarşı Çin amilindən istifadə etmək məqsədi daşıyır.
Pakistanın Mərkəzi-Asiya ölkəsi olaraq ŞƏT-ə qoşulması təbiidir.
Hindistan ona balans üçün bu addımı atır. Azərbaycanın da ŞƏT-də
təmsil olunmasının bir sıra səbəbləri var”.
R. Musabəyov qeyd edib ki, Azərbaycanın Qazaxıstanla uzunmüddətli
əməkdaşlıq münasibətləri var, Rusiya ilə strateji əməkdaşlıq
səviyyəsi yüksəlir: “Çinlə münasibətlər də əsasən iqtisadi sahədə
inkişaf edir. İranın ŞƏT-ə daxil olmaq perspektivləri var və
mümkündür ki, bu birləşmə Bakı üçün Türkiyəni daha çox cəzbedici
edir. Axı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından fərqli olaraq, ŞƏT-də Moskva üstün deyil. Burada ən
nüfuzlu dövlət Çindir. Qardaş Pakistanın və digər türk
dövlətlərinin bu təşkilatda olması Azərbaycan üçün əlavə dəstək
tapmağa imkan yaradır”.
Politoloq hesab etmir ki, ŞƏT gələcəkdə ATƏT kimi təşkilat ola
bilər.
“Amma bu, Asiyada təhlükəsizlik məsələsini gücləndirir. Ümumilikdə
Asiyada təhlükəsizlik və əməkdaşlıq arxitekturasının ilkin
mərhələsində iştirak Azərbaycan üçün fövqəladə dərəcədə
əhəmiyyətlidir”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Sosial11:30Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
-
Region10:42Paşinyan qəzəbləndi, zalı tərk etdi: Bu gün Ermənistan parlamentində nə baş verib?
-
Ekologiya10:36Dünya buz dövrünün astanasında: Vaxt daralır, millətin mövcudluğu təhlükə altındadır
-
Sosial09:36Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
-
MDB09:12Qonşuda avtomobillər rekord həddə bahalaşdı: Səbəbi bəllidir
-
Region08:10Türkiyədə ard-arda 3 güclü zəlzələ baş verdi
-
ABŞ07:55Tramp şatdauna son qoyan qanunu imzaladı
-
Magazin207:3563 yaşlı Demi Mur göz qamaşdırdı - Fotolar











.jpg)








.png)








.jpg)





.jpg)

.jpg)

