Nida.az
Metyu Brayza: "Ərəb baharı"nın davamı olmayacaq"
"Mən Suriyadakı dəhşətli müharibənin uzunmüddətli olacağını gözləyirəm. Bəşər Əsəd ölkədə mövqelərini İran və “Hizbullah” terror qruplaşmasının köməyi ilə qoruyur. Amma Suriya müxalifəti qətiyyətlidir və bir çox ölkələrdən olan İslam ekstremistlərindən böyük dəstək alır".
Bu sözləri AzVision.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
"Rusiya tərəfindən ABŞ-ın diqqətinin yayındırılması məni məyus etdi. Prezident Barak Obama qərar verdi ki, o, Suriyaya qoşunların göndərilməsi üçün çox da güclü deyil və sonradan ABŞ-ın bütün diqqətinin B.Əsədin ölkədə qan tökməsinin qarşısını almasına yönəltdi. O, silahlara nəzarət sazişinin icra olunmasına çalışmaq niyyətində idi, amma bu, insanların ölümünü dayandırmadı" - deyə Brayza qeyd edib.
"Ərəb baharının növbəti qurban kim ola bilər" sualına cavab verən Brayza deyib ki, növbəti “Ərəb baharı” hərəkatını gözləmir: "Ümid edirəm ki, Tunis dünyəvi ölkə kimi stabilləşməyə davam edəcək. Liviya ümidsiz görünür. Misirdə hadisələr mənim gözlədiyi kimi, zəifləyib: "Müsəlman Qardaşlar"ın demokratiya ilə bağlı "Bir adam, bir səs... bir dəfə" yanaşması yaxşıdır, yəni onların məqsədi seçilmək və Misiri dünyəvi ölkədən İslam dövlətinəə çevirməkdir".
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda