Nida.az
Almaniyalı professor Qərbin Azərbaycana hücumlarının şok səbəblərini açıqladı
“Almaniyada və bəzi Qərb ölkələrində Azərbaycana qarşı
hücumlar məni təəccübləndirir. Hətta bəzilərinin Azərbaycanı Şimali
Koreyaya bənzətməsi absurd və qərəzdən irəli gələn fikirlərdir. Axı
bu ölkə haqda necə belə bir müqayisə edə bilirlər?!”
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın
Potsdam Universitetinin professoru, siyasi şərhçi Vilfrid Furman
deyib.
Alman professor qeyd edib ki, tənqid normal şeydir və bu inkişaf
üçün lazımlıdır: “Bəli, mən də dostlarımı tənqid edirəm və onların
düzələcəyinə, inkişaf edəcəyinə inanıram. Lakin Azərbaycanla bağlı
olanlar tənqid yox, sadəcə boş ittihamlardır və heç bir dəlilə
istinad etmir. Hesab etmək olar ki, bu cür mənasız ittihamlarla
Azərbaycanı təcrid etmək istəyirlər. Ermənistanı isə görmək
istəmirlər. Bu xristian ölkəsinə Qərbdə simpatiyalar var, lakin
oradakı reallıq dəhşətlidir. Ermənistanda insan haqlarının
vəziyyəti çox pisdir. Biz digər ölkələrdəki vəziyyətə də baxa
bilərik. Hansı ki, bir çox ölkədə ölüm hökmü qüvvədədir, irqi
ayrı-seçkilik baş alıb gedir. Belə ölkələr sadəcə olaraq
jurnalistlər üçün əlçatmazdır və onlardan yaza bilmirlər”.
V. Furman Azərbaycanın işğaldan əziyyət çəkdiyini vurğulayıb.
“Bu ölkədə müəyyən problemlər var və bunu rəsmilər də inkar etmir.
Lakin Ermənistan tərəfindən Dağlıq Qarabağ və yeddi rayonu işğal
edilmiş, ərazi bütövlüyü pozulmuş, ikili standartlarla üz-üzə
qalan, yaxın tarixində dəhşətli qətliamlar və soyqırımlarla üzləşən
bir ölkədən unikal olmağı tələb etmək də doğru deyil. Hər gün
cəbhədə gərginlikdir və insanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə
qalıb. Minsk qrupu bu münaqişəni çoxdan həll etməli idi. Lakin
onlar ya bunu bacarmır, ya da bacarmaq istəmirlər. Ərazi
bütövlüyünün pozulduğu Ukrayna təcrübəsində dünya başqa cür hərəkət
edir, lakin məsələ Azərbaycana gələndə, bütün qətnamələr, bütün
beynəlxalq hüquq bir kənara atılır. Görünür, münaqişənin həll
olunmamasında maraqlar var. Burada bütün yollar Moskvaya aparmır.
Nəzərə almaq lazımdır ki, Parisdə güclü erməni diasporu var. Güclü
erməni lobbisi Almaniya və ABŞ-da fəaliyyət göstərir. Həmçinin,
Qərbin qrup maraqları və xristian təəssübkeşliyi bu münaqişənin
həll olunmamasında özünü göstərir. Azərbaycan isə onilliklərdir ki,
beynəlxalq hüquqa hörmət göstərərək, silah tətbiq etmir”, - deyə o,
bildirib.
Asif Nərimanlı
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü