Nida.az
“Chatham House”-un Saakyan sevdası Britaniya parlamentinin müzakirəsinə çıxarıla bilər
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Londona dəvət edilməsi və məsələyə dair institutun rəsmi izahatla çıxış etməsi ilə əlaqədar Britaniya Parlamentində rəsmi müzakirələrin keçirilməsi üçün EDM (Early Day Motion) təklifi ilə çıxış edib.
Avropa-Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, sənəd parlamentin Leyborist Partiyasından olan üzvləri Roger Qodsiff və Alan Meal tərəfindən dəstəklənərək imzalanmaq üçün millət vəkillərinə təqdim olunub.
Sənəddə deyilir: "Parlamentin Icmalar Palatası Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu tərəfindən özünü tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti elan etmiş şəxsin “Chatham House”-da çıxış etməsi üçün dəvət edilməsindən narahatlığını bildirir və Kral Beynəlxalq Münasibətlər İnstitutunu rəsmi şəkildə üzr istəməyə çağırır." (http://www.parliament.uk/edm/2015-16/328)
Qeyd edək ki, Bob Bləkman Böyük Britanıyanın Mühafizəkarlar Partiyasının üzvüdür.
Anar Tağıyev
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO