Nida.az
Üç il sonra pozulan atəşkəs: Türkiyə rəsmən müharibəyə qoşulub
İŞİD-ə qarşı havadan və qurudan hücuma keçən Türkiyə ordusu 3 il sonra PKK-ya qarşı da açıq əməliyyatlara başlayıb.
Publika.az xəbər verir ki, sonuncu dəfə Türkiyə təyyarələri 2012-ci
ildə Diyarbəkirdən havaya qalxaraq İraqın şimalındakı Zap, Gare və
Metina adlı PKK bazalarını bombalamışdı.
Bu gün axşam saatlarında çoxsaylı türk təyyarələrinin Diyarbəkirdən
havaya qalxdığı xəbərləri yayılıb. İki hissəyə ayrılan təyyarələrin
bir qismi İŞİD, digər qismi isə PKK hədəflərini bombalayıb.
PKK-ya yaxın xəbər saytları ötən gecə türk təyyarələrinin onlara
aid hədəfləri bombaladığını təsdiqləyib.
“24 iyul saat 23:00-dan etibarən başlanan bombardman 25 iyul gecə
saatlarına qədər davam etdi. Bundan sonra atəşkəsin heç bir mənası
qalmadı”, - deyə PKK mənbələri açıqlayıb.
Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlu hərbi əməliyyatlarla bağlı
danışarkən bildirib ki, İŞİD və PKK Türkiyəyə qarşı eyni səfdə yer
alır və edilən hücumlarda paralel olaraq fəaliyyət göstərirlər. Baş
nazir İŞİD-lə yanaşı PKK-nın da hədəf alındığını bildirib.
Asif Nərimanlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...