Nida.az
Ermənistana “ağıllı ol” mesajı: “Baş kəşfiyyatçı” İrəvana niyə gəlmişdi?
“Bir neçə gün öncə Rusiya Baş qərargahının əsas
kəşfiyyat idarəsinin (QRU) rəhbəri İqor Serqun Ermənistana səfər
etdi. Bu səfərin cəbhə xəttində gərginliklə bağlı olduğu fikri
irəli sürüldü. Təbii ki, bu amil də mövcuddur. Lakin hesab edirəm
ki, QRU rəhbəri erməni rəhbərliyinə Azərbaycanın hərbi gücünün
yüksək olduğunu və bundan çıxış edərək öz ambisiyalarını
cilovlamağı məsləhət görməyə gəlmişdi”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloqu Rasim Musabəyov deyib.
Politoloq Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycan xarici
işlər naziri Elmar Məmmədyarovla görüşündə Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesinin sürətləndirilməsinin vacibliyi haqda
fikirlərini xatırladıb:
“Hesab edirəm ki, Serqunun İrəvana səfəri yalnız Azərbaycanla
bağlı deyildi. QRU hələ SSRİ vaxtında xaricdə yaşayan erməni
diasporunu əsas agentura şəbəkəsi kimi istifadə edirdi və bu
fəaliyyət, güman ki, indi də davam edir. Digər tərəfdən, Rusiya özü
üçün indi regionda Gürcüstanın NATO-ya inteqrasiyasını təhlükə
hesab edir. Hesab etmək olar ki, Serqun Ermənistandan Gürcüstana
qarşı kəşfiyyat məlumatlarının əldə olunması üçün də istifadə edə
bilər. Çünki Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr
yoxdur. Bu həm də Türkiyə və NATO-ya qarşı da yönəlib. Diqqət çəkən
məqamdır ki, Serqunun İrəvanı tərk etməsindən sonra Ermənistan
müdafiə nazirinin birinci müavini David Tonayan Gürcüstana səfər
etdi”.
Asif Nərimanlı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər