Nida.az
“Krıma getməklə Suriyaya getmək eynidir” -Siyavuş Novruzov
“Arif Hacılı və Gülağa Aslanlının Krıma getməsi ilə Suriyaya
döyüşməyə getmək arasında fərq yoxdur”.Bu barədə Yeni Azərbaycan
Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş
Novruzov açıqlamasında Müsavat Partiyasının başqa müavinləri Arif
Hacılı ilə Gülağa Aslanlının Krıma getmək istəməsi və Rusiya polisi
tərəfindən saxlanılıb geri qaytarılmasına münasibət bildirərkən
deyib. S. Novruzov hesab edir ki, Suriyaya getməklə Krıma getmək
mahiyyət etibarilə eynidir.
“Suriyaya gedənlər düşüncəsiz olaraq bunu edirlərsə, onlar da
eyni addımı atırlar”-deyə millət vəkili bildirib.
S. Novruzov qeyd edib ki, Cinayət Məcəlləsində müddəalar var ki,
belə addımların məqsədinin təxribat törətmək olduğu sübut olunsa,
bu müddəalar tətbiq oluna bilər.
Qeyd edək ki, İsa Qəmbər müavinləri Arif Hacılı ilə Gülağa
Aslanlı Mahaçqalada rus polisi tərəfindən saxlanılıb və geri
qaytarılıb. Onlara qarşı polis tərəfindən kobudluq edildiyi
deyilir.
Asif
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR