Nida Təhlil
Putin Paşinyandan nəyin cavabını istəyir? - Moskvada çətin görüş
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada işgüzar səfərdədir. Paşinyan Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən iclasına sədrlik edəcək, həmçinin, Putinlə görüşəcək.
Bir gün öncə Putinin andiçmə mərasiminə qatılmayan Nikolun bu gün Moskvaya səfəri “məcburi” xarakter daşıyır. Erməni baş nazir Qərblə açıq münasibətlər fonunda inaqurasiyada Putini alqışlaya bilməzdi, eyni zamanda, iqtisadi ehtiyac onu Aİİ ilə əlaqələri saxlamağa sövq edir. Paşinyan Putinin inaqurasiyasına getsəydi, bunu Qərb tərəfdaşlarına izah edə bilməzdi, bugünkü Moskva səfərinin isə izahı var: Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir və alternativ tapılmadığı müddətdə bu bazarı itirə bilməz.
Putin-Paşinyan görüşünün Rusiya-Ermənistan münasibətləri və bundan sonra Moskvanın İrəvana qarşı siyasətində həlledici an adlandırmaq olar. Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin “qızıl dövrünü” qaytarmaq mümkün olmayacaq, lakin körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə. Bu baxımdan, Putin Paşinyanla görüşdə iki məsələyə xüsusilə diqqət edə bilər:
Birincisi, Paşinyandan anti-Rusiya siyasətinin səbəblərini soruşa və münasibətlərdə normallaşma imkanlarının tükənmədiyi üzərində dayana bilər;
İkincisi, Ermənistanın xarici siyasət vektorunu - Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışacaq: İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər;
Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışacaq. Hərçənd, Putini inandıra bilməsə, Rusiyanın Ermənistana qarşı ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir.
Asif Nərimanlı
-
Dünya03:18Liderlər Türkiyədə bu yeməklərə valeh olublar - Tramp resept istəyib
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı
-
Qoroskop01:40Günün ulduz falı: yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
ABŞ00:45ABŞ İrana zərbələr endirir
-
ABŞ8 İyul 22:46İran ona qarşı sui-qəsd planlayır? - Trampdan iddia
-
Hadisə8 İyul 22:32Bakının mərkəzində bina yanır - Foto
-
MDB8 İyul 20:36Rusiya diplomatı Litva XİN-ə çağırıldı
-
Elm və təhsil8 İyul 19:40Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!












.webp)



.jpg)



















