Nida.az
MSK 37 partiyanı və nazirlikləri bir araya gətirdi
Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, təqdim olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə komissiyanın, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmilərinin təqdimatında siyasi partiyaların illik maliyyə hesabatlarına və onların tərtib edilməsinə dair tələblər, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində auditorların iştirakı və auditor sənədlərinə dair tələblər, eləcə də seçkilərlə əlaqədar maliyyə hesabatlarının tərtib edilməsi, göndərilməsi və ictimailəşdirilməsinə dair tələblər barədə çıxışlar dinlənilib.
Tədbirdə qeydiyyatdan keçmiş 37 siyasi partiyanın təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, Mərkəzi Seçki Komissiyasının üzvləri və siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, aidiyyəti dövlət qurumların təmsilçiləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Seminar siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır