Nida.az
Oruc Zalov: “Təxribat hallarının qarşısı dərhal alınacaq”
“Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik bundan sonra da qorunub saxlanılacaq”.
Publika.az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov bu gün Bakıda dairə seçki komissiya (DSK) sədrləri üçün keçirilən müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkiləri ərəfəsində ictimai-siyasi sabitlik daha da möhkəmləndiriləcək. O.Zalov deyib ki, Azərbaycan polisi ölkədə ictimai asayişin və sabitliyin qorunmasını təmin etməyə borcludur: “Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən seçki ərəfəsi ölkədə ictimai asayişin təmin olunması, insanların şəxsiyyət vəsiqəsi ilə təmin olunması, dairə və seçki məntəqələrinin polis nəzarətinə götürülməsi və sairə işlərlə bağlı tədbirlər planı təsdiq olunacaq. Seçki ərəfəsində Daxili İşlər Nazirliyi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirəcək”.
O.Zalov qeyd edib ki, seçkilərlə əlaqədar dairə seçki komissiyalarında polis orqanları ilə birgə treninqlər təşkil olunacaq: “Siyasi mövqeyindən və irqindən asılı olmayaraq, bütün namizədlərin seçiciləri ilə görüşləri zamanı onların təhlükəsizliyi tam təmin olunacaq. Bunun üçün həmin namizədlər polis orqanlarına əvvəlcədən müraciət etməlidir”.
Nazir müavini bəyan edib ki, əgər seçki ərəfəsi hər hansı qüvvələr tərəfindən ictimai təhlükəsizliyin pozulması və təxribat hallarına cəhdlər olarsa, polis tərəfindən onların qarşısı mütləq alınacaq: “Bu cür hallara yol vermək olmaz. Azərbaycan polisi ölkə vətəndaşlarının ictimai təhlükəsizliyini təmin etməyə borcludur. Seçki ərəfəsi Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçəcək”.
Vasif Həsənli
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ