Nida.az
Fazil Mustafa: “Qarabağ münaqişəsi ABŞ, Rusiya və İranın birgə layihəsidir”
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil
Mustafa Publika.Az -a müsahibəsində Qarabağ probleminin
əslində kimlər tərəfindən yaradıldığı, Krımın Qarabağa təsirləri və
Türkiyədəki son hadislərlə bağlı danışır.
- Siz Qarabağ probleminin əslində ABŞ və Rusiyanın birgə layihəsi olduğunu açıqladınız. Bu necə ola bilər?
- ABŞ, Rusiya və İran Qarabağ probleminin Ermənistanın xeyrinə həll edilməsinin tərəfdarıdırlar və çalışırlar ki, bunun hesabına o ölkənin ərazisi genişləndirilsin. Bütün uzatmalar, yubatmalar da ordan qaynaqlanır. Hətta Rusiya məsələnin həllinə razılıq versə belə, ABŞ-ın buna maraq göstərəcəyinə əmin deyiləm. Rusiya bir çox hallarda Ermənistana dəstəyini açıq formada göstərir. O biri ölkələrsə ikili mövqe sərgiləyirlər. Mahiyyətcə isə onların heç biri bu məsələdə Azərbaycanın xeyrinə hərəkət etmirlər.
İranın da bu məsələdə ABŞ-ın razılığı ilə yer alması
düşündürücüdür. İrana başqa ölkələrdə açıq iqtisadi fəaliyyət
göstərməyə imkan vermirlər, amma bircə Ermənistana İran açıq
formada iş qurub, açıq formada yardım edir. Bu təsadüfi məsələlər
deyil. Əminəm ki, Qarabağa Rusiya və ABŞ-ın birgə layihəsi olaraq
baxmaq lazımdır.
- Bu son dövrlərin razılaşmasıdır, yoxsa lap əvvəldən
belə olub?
- Əvvəlcədən belə idi. Qarabağ problemin yaranması ilk dəfə ABŞ
Senatında müzakirə edilib və Rusiyanın əli ilə həyata keçirilib. Bu
bilavasitə Rusiya ilə ABŞ-ın birgə layihəsi olaraq düşünülüb.
İndiyə qədər erməni diasporunun bu işdə fəaliyyəti, Minsk qrupunun
həmsədrlərinin də Azərbaycana düşmən olan məhz bu üç ölkədən olması
səbəbsiz deyil.
- ABŞ-ın burda hansı marağı var?
- ABŞ-ın marağı orda olan ermənilərin mövqeyini ifadə etməkdir.
Bütün hallarda onların istədiyi Qarabağın Azərbaycandan ayrılması
proyektinin təmin edilməsinə çalışırlar. Çünki ermənilərin təsir
gücünü nəzərə alaraq onlara verilən vədlər var. Hətta ABŞ-ın dövlət
katibi birbaşa ermənilərin ən yaxın müdafiəçilərindəndir. Onun
dövlət katibi postuna gəlməsi üçün ermənilər kifayət qədər səylər
göstəriblər, nəticə də ortadadır.
- Krım böhranı yaranıb. Yarımadanın Ukraynadan
qopardılması siyasətinin gələcəkdə Qarabağa, dolayısı ilə
Azərbaycana hansı təsirləri ola bilər?
- Krım Rusiyanın birbaşa istədiyi və həllini mürəkkəbləşdiyi
məsələdir. Ona görə də ABŞ burda çox israrçıdır və Rusiyanın
üzərinə gedən mövqe sərgiləyir. Krıma Qarabağa aidiyyəti olan
məsələ kimi baxmamalıyıq.
Krım böhranının yaranması 1994-cü ildə Budapeşt sammitində
götürülən öhdəliklərin pozulması ilə bağlıdır və birbaşa ABŞ və
İngiltərənin nüfuz məsələdir. Həmin sammitdə ABŞ, İngiltərə və
Rusiya Ukraynaya vəd veriblər ki, nüvə başlıqlarını təhvil verdiyi
halda onun ərazi bütövlüyünü, təhlükəsizliyini NATO təmin edəcək.
ABŞ və Böyük Britaniya da birlikdə bu təminatçı rolunu öz
üzərlərinə götürüblər. Rusiya bu anlaşmanı pozdu. Qarabağla bağlı
isə belə bir anlaşma yoxdur. Məsələyə ümumi beynəlxalq hüquq
çərçivəsində baxış var. Amma BMT qətnaməsi icra olunmur. Bir dəfə
eşitmişiniz ki, ABŞ BMT qətnamələrinin icra olunmasını təkid etsin?
Krım isə ABŞ-ın nüfuzuna toxunana məsələ olduğuna görə israrlı
mövqe sərgiləyir.
- Türkiyədə “Ərgenekon əməliyyatı”nda həbs olunanlar
azadlığa çıxdı. Onların bundan sonra Türkiyə siyasətinə təsirini
necə görürsünüz?
- O insanların Türkiyə siyasətinə təsir göstərmək imkanları var.
Amma Türkiyə siyasəti indi qarışıq vəziyyətdədir. Onların həbsinin
əsas səbəbi kimi hakimiyyətdə olan paralel strukturunun və hədəf
olaraq hüquq-mühafizə sisteminin göstərilməsi tamam fərqli
istiqaməti ortaya qoyub. Həmin şəxslərin birbaşa kimə qarşı
yönələcəyi sual doğurur. Çünki hakimiyyət iradə nümayiş etdirib
onları azad etdi və “bizim niyyətimiz sizi həbsdə saxlamaq deyildi,
bu, paralel strukturun niyyəti idi” mesajını verdi. Güman ki,
həbsdən azad olunanlar ilk növbədə onları həbsə saldıran şəxslərin
cəzalandırılması üçün addım atacaqlar. Təbii ki, hökumətə qarşı də
müəyyən kinləri var. Çünki uzun müddət insanlara bu stressin
yaşadılması anlaşılan deyildi. Tam hiss olunurdu ki, hərbi
çevrilişlə bağlı qurulan ittihamnamələrin əsası yoxdur. Ola bilsin
ki, kimsə hardasa çıxış edib, hansısa fikir söyləyib. Amma bunu
çevrilişə təşəbbüs kimi qiymətləndirmək, sərt davranmaq yanlış idi.
Xüsusilə keçmiş qərargah rəisinə ömürlük həbs vermək doğru deyildi.
Bu baxımdan, onların davranışlarını dəqiq demək çətindir. Amma
bütün hallarda gələcək siyasi proseslərə qatılmaları, müəyyən
dərəcədə parlamentdə təmsil olunmaları və digər məsələlərin şahidi
olacağıq.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR